adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Sentyabr 2021 10:11
580
SİYASƏT
A- A+

Çavuşoğlu və Blinken Qarabağdan danışdı

BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Tərəflər görüş zamanı Qarabağ məsələsini, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Görüş təxminən bir saat davam edib.

Xatırladaq ki, BMT-nin 76-cı Baş Assambleyası sentyabrın 14-də qurumun mənzil-qərargahı olan Nyu-Yorkda start götürüb.

 TASS