adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Sentyabr 2021 16:19
2167
MƏDƏNİYYƏT
A- A+

"I am Jazzman" müsabiqəsinin qalibi məlum oldu

Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində 14-30 yaşlı musiqiçilər arasında keçirilən "I am Jazzman" musiqi yarışmasının qalibi məlum olub.

Adalet.az xəbər verir ki, yarışmanın qalibi vokalist Rüstəm Sadıqlıdır (ROUSTAM). 

“Euronews” kanalında yayımlanan Bakı Caz Festivalı 2006-cı ildən dünyanın ən böyük caz festivalları siyahısına daxil edilib. 
Qeyd edək ki, müsabiqə yekunlaşsa da, Beynəlxalq Bakı Caz Festivalı davam edir.