adalet.az header logo
  • Bakı -°C
02 Oktyabr 2026 17:31
64
İDMAN
A- A+

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Adalet.az-a bildirilib ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.