Millətlər Liqası: Portuqaliya və Almaniya qələbə qazandı - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.
Adalet.az xəbər verir ki, oktyabrın 1-də A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş qolsuz heç-heçə ilə başa çatıb.
A Liqasının 2-ci qrupunda Almaniya Serbiyanı 2:0 hesabı ilə məğlub edib, Yunanıstan və Niderland isə 2:2 hesablı heç-heçəyə razılaşıb.
4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya səfərdə Danimarkanı 4:2 hesabı ilə üstələyib. Digər qarşılaşmada Uels Norveçi 2:1 hesabı ilə məğlub edib.
B Liqasında İrlandiya – Avstriya matçı 2:2, İsrail – Kosovo görüşü isə 0:0 hesabı ilə başa çatıb.
D Liqasının digər qrupunda Malta və Cəbəllütariq 1:1 hesablı heç-heçə edib.
Millətlər Liqası
1 oktyabr
20:00 – Azərbaycan – Lixtenşteyn 0:0
22:45 – Almaniya – Serbiya 2:0
22:45 – Yunanıstan – Niderland 2:2
22:45 – Danimarka – Portuqaliya 2:4
22:45 – Uels – Norveç 2:1
22:45 – İrlandiya – Avstriya 2:2
22:45 – İsrail – Kosovo 0:0
22:45 – Malta – Cəbəllütariq 1:1
Digər Xəbərlər
02 Oktyabr 2026 10:14
Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
01 Oktyabr 2026 22:00
Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB
01 Oktyabr 2026 19:05
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01 Oktyabr 2026 12:10
Ronaldo Portuqaliya millisini tərk etdi
01 Oktyabr 2026 11:10
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
01 Oktyabr 2026 09:10
Millətlər Liqası: Azərbaycan yığması Bakıda Lixtenşteynlə qarşılaşacaq
30 Sentyabr 2026 18:51
Azərbaycanı yaxşı təhlil etmişik - Lixtenşteyn millisinin futbolçusu
30 Sentyabr 2026 17:25


Bakı -°C

