adalet.az header logo
  • Bakı -°C
01 Oktyabr 2026 10:53
66
İQTİSADİYYAT
A- A+

“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”

“Bu dəfə ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir. Görünən odur ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

“Bunun üçün iqtisadi əsaslar da var. Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur, valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90 milyard dolları keçib və xarici borcdan təxminən 20 dəfə çoxdur.Yəni hazırda manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN