“Kalininqrad məsələsində ambisiyalarınızı boğun” - Peskov
“Avropa ölkələri Kalininqrad vilayəti ilə bağlı məsələdə ambisiyalarını boğmalıdırlar”.
Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“Burada ehtirasları sakitləşdirmək lazımdır. Avropada hər kəs anlamalıdır ki, bu, Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Rusiya heç vaxt kiminsə bu əraziyə qəsd etməsinə yol verməyəcək. Moskva Kalininqrad vilayətinə təzyiq göstərmək cəhdlərini qəbuledilməz hesab edir. Avropanın hərbiləşməsi fonunda Rusiya tərəfi bu məsələdə öz mövqeyini əvvəlcədən dəqiq bəyan etməyi vacib sayır”.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Rusiyanın Kalininqrad vilayətini təcrid etmək cəhdi olacağı təqdirdə nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı NATO-ya diplomatik nota göndərdiyini iddia etmişdi. Məlumata görə, Moskva bu məktubda alyansı birbaşa silahlı münaqişə riski yaradan “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edib.
Digər Xəbərlər
01 Oktyabr 2026 18:42
Hörmüzdə üç gəmi vuruldu
01 Oktyabr 2026 12:26
Təyyarədə 170-dən çox şəxsi baxdığı veriliş sayəsində xilas edibmiş
01 Oktyabr 2026 12:19
"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan
01 Oktyabr 2026 11:59
Rusiyada miqrant övladları ilə bağlı yeni qərar – Təhsil ödənişli olacaq
01 Oktyabr 2026 10:47
“Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb...”
01 Oktyabr 2026 09:27
"İkinci pilot terrorçu və ya dəli olub" - Tramp
30 Sentyabr 2026 23:10
174 nəfəri ölümdən xilas etdi, Netanyahu ilə görüşdü - VİDEO
30 Sentyabr 2026 18:55


Bakı -°C

