Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Digər Xəbərlər
01 Oktyabr 2026 10:12
Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
01 Oktyabr 2026 09:54
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - YENİLƏNİB
30 Sentyabr 2026 23:52
Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO
30 Sentyabr 2026 16:51


Bakı -°C

