SON DƏQİQƏ:

İlk silsilə qətllər törədən şəxsi tanımaq istəyirsinizmi?

  285   |  
Şriftin ölçüsü  

Osmanlı dövrünü ən çox hökmdarları, müharibələri ilə tanıyırıq. Bəs Osmanlının qatilləri? O dövrdə silsilə qətllər törədən bir kimsə var idimi?

Var imiş…

Özü də nə qatil?!

Adam öldürmək, soyğun, təcavüz, qaçaqçılıq, saxtakarlıq və başqa nə desəniz.

Bu adamlar dəstə idilər.

I Dünya Müharibəsindən sonrakı gücsüzlüyü fürsət bilib İstanbula qarmağını atan Bəyoğlulu Xrisantos.

O, bu dəstənin başçısı idi.

***

1898-ci il.

Osmanlının paytaxtı İstanbulda dünyaya göz açıb.

Xrisantos Anastadiales.

Bəyoğlunun ən çox tanınan ailələrində birinin övladı idi.

12 yaşında Afinaya gedən atası bird aha geri qayıtmadı.

Uşaqlıq dövrlərində qonaq evinə gələn zəngin insanları tanımış və onların zənginliyinə qarşı nifrəti yaranmışdı.

Qarşıdakı illərdə qardaşı ilə birləşib qonaq evinə gələn insanların cüzdanlarından pul oğurlamaqla ilk cinayətinə imza atmışdı.

İlk cinayəti qeydə alınanda 16 yaşı var idi, amma bu, ona dərs olmamış, əksinə daha da azğınlaşmağına yol açmışdı.

O, başqa cinayətkarları tapıb onlarla bir dəstə yaratmağa qərar verir.

Zafiri, Pantolon Ahmed, Halito, Makarnacı Niko, Demirci Andon…

Bu adamlar dövrünün ən azğın cinayətkarlı idi.

Aradan qısa zaman keçmiş Qalata, Qurtuluş, Dolabdərə və Bəyoğludan xərac almağa başlayır. Bu vaxta kimi baş verənlər cəmi 1-2 il içində gerçəkləşir.

İlk qətli xəracı ödəmək istəməyən Muhallebici Recep utanın boğazını kəsərək həyata keçirir Xrisantos və dostları qısa müddətdə tutulur. Amma təəssüf ki, hekayə burada bitmir.

15 yıl kürək cəzası alırlar, amma bir tunel qazıb qaçmağı bacarırlar.

Mondoros müqaviləsi yeni imzalanmış, məmləkət işğal altında idi. O gündən sonra qosqoca İstanbulun başqa dərdi yoxmuş kimi bir də bu dəstəylə savaşmağa başladı. Xsisantos İstanbul polisinə “hamınızın qanını içəcəm” deyə məktublar yollayırdı. Eyni zamanda ingilis kəşfiyyatı ilə razılaşmış və onlardan silah, pul yardımları alırdı. Xalq təlaş içində ikən onları gücü get-gedə artırdı. Yenidən soyğuna və xərac almağa başladılar.

İstanbul polisi birləşib bu dəstənin dalınca düşür. Taksim polis mərkəzindən Mehmet əfəndi gecələrin birində evinə gedərkən Xrisantos və dəstəsilə rastlaşır. Dəstə küçənin ortasında bir qadına hücum çəkmişdilər. Mehmet əfəndi müdaxilə etmək üçün qaçır, Xrisantos tətiyi çəkir və onu ordaca şəhid edir.

Bu, polislə savaşın rəsmən başlandığı demək idi. Dəstəni tutmaq üçün xüsusi birliklər yaradılır. Ancaq qısa müddətdə təxminən 10 polis şəhid olur. Xrisantos dostları ilə polisə yalan məlumatlar verir, onları tələyə salır və öldürür.

Faiq bəyin başçısı olduğu bir komanda bu dəstəylə mübarizəyə qoşulur, Zafirini öldürməyi bacarır. Padşahın əmrilə Faiq bəyə pul mükafatı verilir, döşünə Osmanlı medalı taxılır.

Dəstədə kim varsa, hamısının başına pul qoyulur. Qısa müddət sonra sağ əl olan Harito öldürülür. Xrisantos pis vəziyyətdə qalınca başqa cildə girməyə qərar verir. Bir eynək taxır, saçlarını qısaldır, saqqalını uzadır. Özünü isə həkim Yannis olaraq tanıdır. Amma buna baxmayaraq caniliyini boğa bilməyən “həkim Yannis” iki polisi şəhid edir.

Bir gün Mikayıl adlı bir sərrafı soruşmağa qərar verirlər. İstədikləri qədər qızıl tapa bilməyəndə onun iki qardaşını ordaca öldürürlər. Amma Mikayıl da elə rahat tikə deyildi. Onlarla atışmağa başlayır, yaralansa da, Makarnacı Nikonu yaxalayıb polisə təslim edir.

Niko digər dəstə üzvlərinin yerini bir-bir deməyə başlayır. Bir neçə həftə içində hamı yaxalanır. Bəziləri özləri təslim olsa da, bəziləri də atışmaqdan çəkinmir. İki polis şəhid olur, Xrisantos isə hələ də azadlıqdadır.

1920-ci ilin ilk aylarında sevgilisi Eftiniyanı da götürüb Yunanıstana qaçır. Burada yeni bir həyat quracaq, cinayətdən uzaq yaşayacaqdı. Bir meyhanə açır. Normal, sıradan günlər keçirməyə başladı. Ta ki o günə qədər…

İçindəki cani bir əsgərin sevgilisinə sataşması ilə yenidən ortaya çıxır. Özünə hakim ola bilmir və əsgəri oradaca vurur. Yenidən axtarışda olan, qaçaq bir həyata qədəm qoyur.

Sevgilisi dözmür və Xrisantosu tərk edib İstanbula qaçır. Tərk edilməyi həzm etməyən Xrisantos saxta bir pasportla yenidən Osmanlı sərhədini keçir, Eftiniyanı öldürmək üçün İstanbula gəlir. Onun İstanbula qayıtdığı xəbəri xalqı qorxuya salır. İstanbul polisi isə bunu sevinclə qarşılayır. Çünki öldürülən onlarla polisin, insanın intiqamı alanacaqdı. Eftiniyanın atası bir gün polisə Xrisantosun Aqaton adlı bir balıqçının evində qaldığını xəbər verir. Polislər Aqato ilə əlaqə qurmağı və onunla razılığıa gəlməyi bacarırlar. Aqaton Xrisantos yatandan sonra gizlicə silahlarını götürür, sonra da öskürərək polislərə xəbər verəcəkdi. Plan düşünüldüyü kimi gedirdi. Polis evə girəndə səs çıxaran kimi Xrisantos oyanır, Aqatonun əlindəki silahı güclə alıb polislə atışmağa başlayır. Sonda bir güllə onu yaralamağı bacarır. Pəncərədən gələn Muharrem əfəndi Xrisantosu yerdə yaralı şəkildə uzandığını görüb üstünə tullanır. Belə bir qatil o dəqiqə ölməli idimi? Yox. Xrisantos onu zərərsizləşdirmək istəyən Cəfər Təyyar əfəndini yerdəki silahlı ələ keçirərək yaralayır. Muharrem əfəndi bir polis dostunun da ölməyinə izn vermir, silahında nə qədər güllə var, hamısını Xrisantosun bədəninə boşaldır.

Bu hadisə Türkiyə Polisi tarixi üçün çox önəmli hadisə idi. Belə ki, Muharrem Alkorun onu öldürdüyü silah Xrisantosun silahi idi. Yəni qatil elə öz silahı ilə də öldürlür. Və o silah bu gün Türkiyədə sərgilənir.

 

 

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK