adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Sentyabr 2021 11:07
1196
GÜNDƏM
A- A+

Aydın Mirzəzadə: "Azərbaycanla Ermənistan arasında dialoq  qurmağa, vasitəçilik etməyə ehtiyac yoxdu”


“Azərbaycan və Ermənistan arasında bu gün münaqişə yoxdur. Və bu səbəbdən də hesab edirəm ki, hansısa bir vasisitəçiyə ehtiyac yoxdu”.


Bu fikirləri Milli Məclisin deputatı Aydın  Mirzəzadə  Adalet.az –a deyib.   BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidin Azərbaycanla Ermənistan arasında,  münaqişədən sonrakı dövrdə dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasının öhdəsinə götürməsinə hazır olduqlarını açıqladıqdan sonra deputat məsələyə şərh verib.

 A.Mirzəzadə bildirib ki, Azərbaycan Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaqda maraqlıdır və buna cəhd edir:” Azərbaycan öz torpaqlarını işğaldan azad edib.  Azərbaycan Silahlı Qüvvələri bu gün Azərbaycan Ermənistan sərhəddini bütün  perimetri boyu qoruyur və öz ərazisinin süveren hüquqlarını reallaşdırır. Ermənistanla mehriban qonşuluq münasibətləri qurmaq üçün dəfələrlə müraciət edib onları dialoqa çağırıb. Hesab edirəm ki, hansısa bir vasitəçiyə ehtiyac yoxdu.Torpaqlar işğaldan azad edildikdən sonra artıq iki qonşu dövlət bir-biri ilə  normal münasibətlər qura bilər”.

 Deputat Ermənistan hökümətinin konstruktiv münasibətlərdən çəkindiyini də dilə gətirib: “O başqa məsələdir ki, Ermənistan bu gün konstruktiv münasibətlərdən çəkinir. Azərbaycanın süveren hüquqlarını axıracan tanımaq istəmir. Ancaq bunun acı nəticələrini də Ermənistan özü dadır. Ermənistan bu gün Azərbaycanın ona verə biləcəyi töhvələrdən məhrumdu. Ermənistan Zəngəzur dəhlizinin açılması ilə ona gələcək iqtisadi faydadan məhrumdu. Bir sözlə, Ermənistan rəhbərliyi və cəmiyyəti indiki situasiyalarda  yeni baxış ortaya qoymalıdır. Digər tərəfdən beynəlxalq təşkilatların, ayrı-ayrı xarici ölkələrin Azərbaycan-Ermənistan münasibətlərinə diqqət yetirməsi təqdirə layiqdi .Yəni bu onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğaldan sonrakı vəziyyət hələ də dünya ictimaiyyətinin diqqətini cəlb edir”-deyə o, bildirib. 
 
 Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaqları haqqında açıqlama verərək bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsini də yerinə yetirməyə hazırdılar: “Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”.

 Əntiqə Rəşid