SON DƏQİQƏ:

Fəzail Ağamalı: “İran Ermənistana nəinki silah yardım etdi, hətta ərazisindən...”

  901   |  
Şriftin ölçüsü  

 

“Bu davranış İranın Azərbaycana qarşı növbəti ifadəsidir.Xatırlayırsınızsa hələ ulu öndərimiz hakimiyyətdə olduğu illərdə Xəzərin Azərbaycana məxsus bölgəzində kəşfiyyat apardıqları zaman İranın Azərbaycana qarşı təxribatlar etdi, ciddi maneçilik törətdi. Ulu öndərimiz Türkiyə ilə əlaqələr saxladı və Türkiyənin şahinləri İranın bu davranışına cavab olaraq Azərbaycan səmasında eyni zamanda Xəzər dənizinin üzərində  uçuşlar həyata keçirdi”.


Ana Vətən Partiyasının sədri,  deputat Fəzail Ağamalı bu fikirləri  Adalet.az  saytına açıqlamasında bildirib. 
Deputat ötən gün İran xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Türkiyə və Azərbaycanın Xəzər dənizində hərbi təlimləri ilə bağlı açıqlamasını şərh edərkən bir daha vurğulayıb ki,  İranın Azərbaycana münasibəti müharibə dövründə də, müharibə dövründən sonrakı vaxtlarda da özünü biruzə verdi:”44 günlük vətən müharibəsi ərəfəsində İran Ermənistanı hərtərəfli şəkildə qidalandırırdı,ona hərtərəfli şəkildə yardım və köməyini əsirgəmirdi.Hətta özü silah-sursat verməklə kifayətlənmirdi. Özünün hava məkanından və quru yollarından istifadə edərək, Rusiyadan gələn, ölüm saçan silahlarıda öz ərazisindən rahat şəkildə Ermənistana ötürürdü:Ərzaq, sürgü yağları, yanacaq.

.. 
Elə müharibədən sonra da İranın davranışları heç bir əndazəyə, eyni zamanda normal qonşuluq münasibətləri çərçivəsinə sığmır. Azərbaycanın İrana qarşı beynəlxalq hüquq normalarına və mehriban qonşuluq münasibətlərinə söykənən davranışlarına uyğun gəlmir. Əgər İran təxribatçı  hərəkətlərinə davam edəcəksə, Azərbaycan dövlətinin də bunun qarşısını alacaq .Azərbaycan güclü dövlətdi və əlbəttə ki, hər hansı bir ölkənin təxribatının qarşısını  qətiyyətlə almaq gücü var 

”- deyə millət vəkili vurğulayıb 


 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK