adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Sentyabr 2021 13:49
742
ANALİZ
A- A+

Cəhalətin barı NANKORLUQ:  İki fakta insanların, dövlətin, dinin baxışı 


 Bütün dinlərdə eləcə də, müqəddəs kitablarda “nankorluğun əsas səbəblərindən biri cəhalətdir”-deyilir. Həzrət Əli (ə) buyurur ki, insan cahil olmasa nankorluq etməz. (Ğurərul-hikəm).
Eyni zamanda nankor insan ən pis insan kimi tanıtdırılır. Yenə də Həzrət Əli (ə) buyurur ki, nemət qarşısında şükr etməyən şəxs insanların ən pisidir. İmam Səccad (ə) buyurur: "Əgər Allah bəndələrinə sitayiş və şükr tövfiqi verməsəydi onlar nemətlər içində ikən sitayiş etməz, nemətlərin şükrünü yerinə yetirməzdilər. Bu zaman insanlıqdan çıxardılar." İbrahim, 7: (Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" Ayələrdə bildirilir ki, nankor insan heyvandan da aşağıdır.

 

Nankorluğun iki faktı - Qətl

 

 

Müqəddəs kitablarda o da vurğulanır ki, nankorluq artdıqca bəşəriyyət məhvə doğru gedir. Bu gün gündəmimizi məşğul edən iki nankorluq faktını nəzərdən keçirdikdən sonra nə dini kitablara, nə də üləmaların sözlərinə şübhəm qalmadı.
Neftçala rayonu, Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.
Əgər bir kişi səni öz ailəsinə qəbul edirsə, səninlə izdivaca daxil olursa, səni evinin xanımı, başının tacı bilirsə, övladlarına ana, nəvələrinə nənə seçibsə həmin kişinin hər zaman hörmətini saxlamaq, qarşısında bütün dini, vicdani borclarını layiqincə yerinə yetirmək bir qadın kimi sənin boynunun borcu olmalıdır. Axı ömrünü sənə- ailəsinə, uşaqlarına həsr etməyi el-obasının qarşısında (toy), dövlətin qarşısında(rəsmi nigah), dinimizin- Allahımızın qarşısında (kəbin) boynuna götürmüş, bütün həyatı çətinliklərdə yanında olacaq, dərdlərinə, problemlərinə sahib çıxacaq bir insanı namərdcəsinə zərbə vurmağı hansı hiss vacib etdi? Uşaqların, nəvələrin bir ömür boyu bir qınağın altında əziləcəyini düşündünmü? “Anası atasını niyə görəsə öldürüb”  qınağının ağırlığını, əziciliyini bir anlıq da olsa, hiss etdinmi? Axı qadın kişinin baş tacıdırsa, kişi də qadının müdafiəçisi, güvən yeridir. Bir ömür boyu qaranlıq –qapalı yerdə, zindanlarda oğru, travest, fahişə, dəllal, dələduz yığının içində qalmağın çətinliyini anlamadınmı?
Hirsinə, hikkənə yenik düşüb, bir insan həyatını məhv etməkdə nədir , qadın?Maddi, mənəvi, humanist və digər  dəstəklərlə səni göylərə qaldıran birini öldürübdə torpağa basdırmaq bu qədərmi asandır? Heçmi peşman olmadın qadın?
Olmadın, olsaydın vicdanın sızlasaydı, gedib özün-özünü ədalətə təslim edərdin. Amma nə yaxşı ki, Haqq- ədalət gəlib səni tapdı.
Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 İkinci nankorluq- Oğurluq

 

 

Xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, Alim Qasımovun evindən oğurluq etdiyi təsdiq olundu. Deməli, Elnuru qızı Fərqanə kimi bağrına basan, onun problem və çətinliklərini hər zaman özününkü kimi öhdəsindən gəlməyə yardımçı olan   Qasımovlar  əminəm ki hələ də bu şokun təsirindən çıxa bilməyiblər. Necə çıxsınlar axı? Bir övlad gözündə gördükləri şəxsdən nə böyüklükdə bir xəyanət, bir nankorluq cavabı alıblar.Proses zamanı məlum olub ki, E.Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2 600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.
Çəmiyyətdə də ailə də də,  təhsil, səhiyyə və digər sahələrdə də bütün problemlərin,  çətinliklərin kökündə bir cəhalət , cahillikfaktı durur. Nankorluq, oğurluq, fahişəlik, səbrsizlik, yersiz söz danışmaq, böhtan atmaq, şər danışmaq  pislik, paxıllıq, nadanlıq, xəbərçilik, ev yıxmaq, ailə dağıtmaq, harama şirniklənmək… Hamısı bir cahilliyin ortaya çıxartdığı fəsadlardı. Allah verdiyi ömrü insane kimi keçirmək, insane kimi yaşamaq istəyənlər onsuzda elmi, biliy qiymətləndirəcək, Allahına  (vicdanına), inancına hörmətlə yanaşacaq. 
Məncə, cəmiyyət yenidən kitab oxumalıdır, mütailə etməlidir…

Kitab oxuyun, nankor olmayın, zindanlar qismətiniz olmasın...

 Əntiqə Rəşid
 

Digər Xəbərlər