adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 12:17
20887
HADİSƏ
A- A+

Türkiyədə meşə yanğınları ilə bağlı son durum AÇIQLANDI

Türkiyənin 39 bölgəsində 174 yanğından 160-ı nəzarətə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan yazılı açıqlamada bildirlib.

Qeyd olunub ki, hazırda ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir.

Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.

Məlumata görə, hazırda baş verən yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), biri pilotsuz olmaqla 52 helikopter, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.