ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

ABŞ Dövlət Departamenti ABŞ prezidenti Donald Trampın agentliyin əsaslı təmiri planı çərçivəsində 1300-dən çox diplomat və məmuru işdən çıxarır.
Adalet.az xəbər verir ki, bu barədə Associated Press (AP) Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
"Nazirlik ABŞ-də çalışan 1107 dövlət qulluqçusu və 246 diplomatik xidmət əməkdaşına ixtisar bildirişləri göndərib”, - mənbə nəşrə bildirib.
Bildirilir ki, diplomatik xidmətin bütün işdən çıxarılan əməkdaşları 120 gün müddətinə inzibati məzuniyyətə göndəriləcək, bundan sonra isə onlar rəsmən işlərini itirəcəklər. Lakin onların əksəriyyəti üçün bu müddətin 60 gün olduğu qeyd edilir.
Digər Xəbərlər

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək

Tərksilah olan PKK-çılar arasında təşkilatın yüksək səviyyəli lideri Bese Hozat da var
