XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

10 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində Azərbaycan Respublikasının təmsilçisi ilk dəfə olaraq sözügedən Təşkilatın Baş katibi vəzifəsinə seçilib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, seçkilər yüksək rəqabət şəraitində keçirilib.
“ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı 3 ölkədən olan namizəd mübarizə aparıb.
Azərbaycan Respublikasının namizədi səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini qazanaraq (23 ölkə) mötəbər qurumun Baş katibi vəzifəsinə seçilib.
Mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat olan ICDO-nun əsas vəzifəsi təbii və texnogen fəlakətlər zamanı əhalinin mühafizəsini və ona yardımı, bu fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan strukturların imkanlarının gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın təşviq edilməsindən ibarətdir.
ICDO Baş katibi təşkilatın ən ali vəzifəsi olmaqla, onu beynəlxalq müstəvidə təmsil etmək, struktur vahidlərinə rəhbərlik etmək və Katibliyin funksionallığını təmin etmək və digər əhəmiyyətli sahələrdən məsuldur”, - XİN-in açıqlamasında deyilir.
Digər Xəbərlər

Nazirlər məruzə etdi, Əli Əsədov tapşırıqlar verdi - FOTOLAR

"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

"Maraqlı və yaddaqalan səfər oldu"

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur
