11 Iyul 2025 15:31
136
DÜNYA

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Ukrayna və Avropa İttifaqı münaqişəni uduzub.

Adalet.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Rusiya qələbəyə yaxınlaşır və Ukrayna o müharibəni demək olar ki, uduzdu. Ukrayna ilə yanaşı, Avropa da uduzdu, amma heç kimin cəsarəti çatmadı ki, bunu etiraf etsin və nəticələrinin məsuliyyətini öz üzərinə götürsün.

Əvəzində, cəbhə xəttində mümkün olmasa da, bu müharibəni qazanmaq olarmış kimi davranırlar. Diplomatiya, atəşkəs, sülh danışıqlarına ehtiyac var", - Orban deyib.