Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

FETÖ/PDY silahlı terror təşkilatının aktual maliyyə quruluşuna qarşı Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 16 şübhəli barəsində eyni vaxtda həbs qərarı verilib.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara mərkəzli iki vilayətdə həyata keçirilən əməliyyatlar 11 iyul 2025 tarixində başlayıb. Ankara Emniyyət Müdirliyinin Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı şübhəlilərin saxlanılması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Aparılan araşdırmalar nəticəsində Fetullahçı Terror Təşkilatının (FETÖ) mövcud maliyyə strukturunda aktiv rol oynadığı ehtimal edilən şəxslər müəyyən olunub və onlarla bağlı hüquqi tədbirlər görülür.
Digər Xəbərlər

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək

Tərksilah olan PKK-çılar arasında təşkilatın yüksək səviyyəli lideri Bese Hozat da var
