adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Avqust 2021 12:56
40681
İDMAN
A- A+

Ronaldu “Real Madrid”ə qayıdır

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu "Yuventus"dan ayrılır.  Adalet.az xəbər verir ki, “AS” nəşri 36 yaşlı hücumçunun yeni klubunun adını yazıb. 

İddiaya görə, "Yuventus"un yeni mövsüm üçün hazırlıqlarına qoşulmayan Ronaldu yenidən sabiq komandası "Real Madrid"ə qayıdacaq. Futbolçunun 6 aydır Madrid təmsilçisi ilə danışıqlar apardığı bildirilir. 

 Yüksək ödənişdən yaxasını qurtarmaq istəyən "Yuventus"un da bu gedişə qarşı çıxmayacağı bildirilir. 

 Qeyd edək ki, Kriştianu Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"in şərəfini qoruyub. İspaniya klubunda çempion ola bilməməkdən narazı olan ulduz futbolçu 2018-ci ildə A Seriyası təmsilçisi ilə anlaşıb. İtaliya klubunda 97 oyun keçirən Ronaldunu 81 qola imza atıb. 

 İLTİFAT