Azərbaycanlıların da olduğu gəmi qəzasının səbəbi açıqlandı
Şimali Kiprin Girnə limanı yaxınlığında batan gəminin qəzasına səbəb gövdəyə suyun sızması olub.
Adalet.az xəbər verir ki, bu barədə “Kibris” qəzeti məhkəmə iclasına istinadla məlumat yayıb.
Məlumata görə, açıq qalan qapılardan bölmələrə su daxil olub və gəmi sabitliyini itirərək batıb. Qəza zamanı gəmidə 267 nəfər olub, 239 nəfər xilas edilib, 18 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.
Məhkəmə batmış gəminin “qara qutu”sunun Türkiyəyə göndərildiyini də bildirib.
Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib.


Bakı -°C

