adalet.az header logo
  • Bakı -°C
02 Oktyabr 2026 20:21
64
İDMAN
A- A+

Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

“Brayton”un baş məşqçisi Fabian Gürtçeler İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

Adalet.az xəbər verir ki, 33 yaşlı alman mütəxəssis bu mükafatı karyerasında ikinci dəfə qazanıb. O, daha əvvəl 2024-cü ilin avqustunda Premyer Liqada ayın məşqçisi seçilmişdi.

Gürtçeler azarkeşlərin və ekspertlərdən ibarət komissiyanın səsverməsində “Liverpul”un baş məşqçisi Andoni İraola və “Mançester Siti”nin çalışdırıcısı Enzo Mareskanı geridə qoyub.

Sentyabr ayında “Brayton” onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə və 1 heç-heçə edib. Komanda əvvəlcə “Koventri”ni 5:0 hesabı ilə darmadağın edib, daha sonra “Arsenal”a 3:0 hesabı ilə qalib gəlib. “Brayton”un “Lids”lə görüşü isə 1:1 hesabı ilə başa çatıb.

Bu nəticələr “Brayton”un turnir cədvəlində üçüncü pilləyə yüksəlməsinə imkan verib.

Qeyd edək ki, Gürtçeler 15 iyun 2024-cü ildə “Brayton”un baş məşqçisi təyin olunub. O, daha əvvəl Almaniyanın “Sankt-Pauli” klubunda çalışıb. 31 yaşında Premyer Liqa klubunun daimi baş məşqçisi təyin olunan Gürtçeler çempionat tarixində bu vəzifəyə gətirilən ən gənc mütəxəssis olub.