"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
"Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 18:53
"Nə almışıqsa, pulla almışıq" - İlham Əliyev
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20
MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib
02 Oktyabr 2026 17:01
“Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48


Bakı -°C

