SON DƏQİQƏ:

Abutalıb Səmədov:  “Paşinyan orduya nəzarət edə bilmir”

  44108   |  
Şriftin ölçüsü  

Xəbər verdiyimiz kimi,  günlərdir sərhəddə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi- baş leytenant Ayk Qevorkyan, əsgərlər - Koryun Arutyunyan və David Koçaryan məhv edilib.
Daha sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün tərəfimizdən qəbul edildiyini bəyan edib. Qeyd olunur ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.
“Ermənistanın Azərbaycana qarşı təxribatlarının intensivləşməsi bölgədə iri miqyaslı döyüşlərin siqnallarını verir”. Bu sözləri “Adalet.az”-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov dedi. Onun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının iyulun 23-də keçirilən ilasında Prezident Putin çox kəskin bəyanatla  Ermənistana son xəbərdarlığını edib:
“Putin açıq şəkildə dedi ki, üçtərəfli bəyanatın qarşısını almağa yönəldilmiş hərəkətlər edən tərəflər anlamalıdıdrlar ki. bunun alternativi müharibədir. Əgər bu təxribatı davam etdirsələr hərbi əməliyyatların başlanılması mümkündür. 10 noyabr razılaşmasını tez-tez pozan tərəf də Ermənistandır. Ermənilər Zəngəzur dəhlizinin qarşısını almaq üçün əllərindən gələni edirlər. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvar görüşündən sonra yaradılan üç tərəfli komissiyada da ermənilər nümayəndə göndərməyiblər. Bu da şübhəsiz ki, 10 noyabr razılaşmasının həyata keçirilməsinə mane olur. Artıq martın 1-də üçtərəfli komissiyanın təşkil edib real işlərə başlamaq lazım olsa da, ortada heç bir iş yoxdur. Bundan sonra Kəlbəcər istiqamətində erməni təxribatı artıq intensiz xarakter almağa başladı. Təbii ki. ermənilər layiqli cavablarını alırlar, artıq 5-6 itkiləri də var. Ermənilər atəşkəsi pozsa da, bu Paşinyanın maraqlarından xaricdədir. Çünki Paşinyan orduya nəzarət edə bilmir. Bu dəfələrlə sübut olunub. Burda Rusiya amilini yaddan çıxarmaq lazım deyul. Rusiya ikibaşlı oyun aparan Ermənistanı cəzalandırmaq üçün Azərbaycan Ordusunun gücünü onlara xatırlatmaq istəyir. Bu ləngimələrin Ermənistan üçün hansı fəlakətə yol açdığını başa salmağa çalışır. Yəqin ki, yaxın günlərdə baş verəcək hadisələr əsl həqiqəti ortaya qoyacaq. Amma bu təxribatlar uzun sürə bilməz. Düşünürəm ki. Rusiya Ermənistana təxribatlardan əl çəkib üştərəfli razılaşmaya boyun əyməyə məcbur etməlidir. Yoxsa, vəziyyət daha da gərginləşəcək”.
 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK