FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
FIFA-nın Apellyasiya Komitəsi İspaniya Kral Futbol Federasiyasının “Barselona”nın futbolçusu Qavinin cəzasının dondurulması ilə bağlı müraciətini rədd edib.
Adalet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı oyunçu dünya çempionatının finalında Argentina millisinin üzvü Leandro Paredeslə yaşadığı insidentə görə bir oyunluq cəzalandırılıb. İspaniya tərəfi cəzanın bir il müddətinə dondurulmasını istəyib və buna DÇ-2026-da ABŞ yığmasının hücumçusu Folarin Baloqunun oxşar cəzasının dayandırılmasını nümunə göstərib.
Lakin FIFA bu müraciəti də rədd edərək Qavinin bir oyunluq cəzasını qüvvədə saxlayıb. Beləliklə, futbolçu sentyabrın 26-da Londonda İngiltərəyə qarşı keçiriləcək Millətlər Liqası matçında iştirak edə bilməyəcək. Qavinin sentyabrın 29-da Xorvatiyaya qarşı oyunda meydana çıxması mümkündür.
Digər Xəbərlər
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24


Bakı -°C

