adalet.az header logo
  • Bakı 19°C
26 Iyul 2021 15:45
32186
DÜNYA
A- A+

ƏFQANISTANDA ÖLƏNLƏRİN SAYI ARTMAQDADI

BMT -nin Əfqanıstan üzrə nümayəndəliyinin hazırladığı məruzəyə görə, 2021-ci ildə dinc vətəndaşlar arasında həlak olanların sayı kəskin dərəcədə artmaqdadı. "Vəziyyətin gərginləşməsiylə bağlı dinc sakinlər arasında zərərçəkənlərin sayı 5183 nəfərə çatıb ki, bunlardan 1659 nəfəri qətlə yetirilib, 3254 nəfəri isə yaralanıb. Bu da, ötən ilin müvafiq dövrünə görə 47 faiz çoxdur" - deyə, məruzədə bildirilir.

Qeyd olunur ki, amerikan hərbi kontjngentinin bu ölkədən tələsik çıxarılmasından sonra, taliblərlə hökumət qoşunları arasında başlayan qarşıdurma nəticəsində, dinc sakinlər arasında ölüm sayı daha çox artacaq.

Rüstəm Hacıyev