adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyul 2021 09:40
17454
ANALİZ
A- A+

Hacıqabul sakini saxlanıldı: Onda "patı" aşkarlandı

Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər Xəbərlər