adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyul 2021 17:02
22658
İDMAN
A- A+

“Mançester Yunayted” Poqbanı yarı qiymətə PSJ-yə satacaq

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yeni mövsümdə klubunu dəyişə bilər.

Bu barədə “Daily Mail” yazıb.

Belə ki, klub 28 yaşlı futbolçunu pulsuz itirmək istəmədiyi üçün hazırkı transfer pəncərəsində satışını planlaşdırır. Fransalının müqavilə müddəti gələn yay başa çatır və Pol Poqba hələ də yeni müqavilə ilə bağlı danışıqlara başlamaq arzusunu dilə gətirməyib.

Poqba ilə yaxından maraqlanan isə Fransanın PSJ klubudur. Klub yarımmüdafiəçini “Mançester Yunayted”in transfer üçün verdiyi məbləğin yarısına – 50 milyon avroya heyətinə cəlb etmək istəyir. Futbolçunun agenti Mino Rayola hazırda “parislilər”lə müqavilə barədə danışıqlar aparır.