Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb
Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişaf gündəliyini yenidən aktuallaşdırdı. Azərbaycanla Laos arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası təmaslar ikitərəfli münasibətlərin siyasi təməlini möhkəmləndirib.
Azərbaycan–Laos münasibətlərinin diqqətçəkən tərəfi siyasi əlaqələrin iqtisadi əməkdaşlığın hazırkı səviyyəsindən daha yüksək olmasıdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını da əks etdirmir.
Bu yanaşma iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu göstərir. Biznes forumlarının keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin yaradılması və investisiya layihələrinin qarşılıqlı təqdimatı əməkdaşlığın inkişafı üçün mühüm vasitələrdir. Bakıda keçirilən biznes forumda da gələcək perspektivlərlə bağlı səmərəlimüzakirələr aparıldı.
Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq təcrübəsi Laos üçün yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi baxımından imkanlar yaradır.
Laos Prezidenti Thonqlun Sisulit də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, gələcəkdə Azərbaycan şirkətlərinin Laos iqtisadiyyatına daha çox investisiya yatıracağına, ticarət və turizm əlaqələrinin artacağına ümid etdiyini vurğulayıb. Bu mövqe iqtisadi münasibətlərin inkişafı üçün hər iki tərəfdə siyasi iradənin olduğunu göstərir.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Trans-Xəzər marşrutundakı mövqeyi, müasir liman və dəmir yolu infrastrukturu ölkəyə beynəlxalq yükdaşımaların inkişafında rolunu artırır.
Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarını genişləndirməsi və Çin istiqamətində nəqliyyat imkanları iki ölkə arasında gələcək logistika əməkdaşlığı üçün zəmin yaradır. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq Laosun dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna bağlana biləcəyini qeyd edib.
Prezidentlərin müzakirəsində minalarla mübarizə məsələsinin yer alması da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin müharibələrin uzunmüddətli nəticələri ilə üzləşməsi bu sahədə təcrübə mübadiləsi üçün imkan yaradır. Mina təhlükəsi ilə mübarizə, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi üzrə əməkdaşlıq hər iki tərəfin marağındadır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
15 Oktyabr 2026 14:36
Hakan Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik
15 Oktyabr 2026 14:25
"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir" - İqor Sergeyenko
15 Oktyabr 2026 14:21
Sahibə Qafarova görüş keçirdi
15 Oktyabr 2026 14:16
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 14:12
"Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir" - Vanq Yin
15 Oktyabr 2026 14:11
"Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib"
15 Oktyabr 2026 14:02
"Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir" - Berdiməhəmmədov
15 Oktyabr 2026 14:01


Bakı -°C

