adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 10:52
67
DÜNYA
A- A+

Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər

Rusiyanın Stavropol diyarında 2026-cı ilin əvvəlindən indiyədək qanunsuz yaşayan 395 əcnəbi ölkədən deportasiya olunub.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin yerli idarəsi məlumat yayıb.

Deportasiya edilənlər arasında Türkmənistan, Özbəkistan, Azərbaycan və Tacikistan vətəndaşları da var.

Hazırda 40-dan çox əcnəbi xüsusi saxlanma müəssisəsində deportasiyanı gözləyir. İlin sonunadək deportasiya edilənlərin sayının 430-u keçəcəyi ehtimal olunur.