“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
İranyönümlü “313 Team” haker qrupu ötən gecə Azərbaycanın 100-dən çox dövlət domeninə qarşı həyata keçirilmiş genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Adalet.az “haqqin.az”a istinadən xəbər verir ki, bu barədə haker qrupu özünün “Telegram” kanalında məlumat yayıb.
Qruplaşma kiberhücumun intensivliyinin saniyədə 2,5 terabitdən artıq olduğunu bəyan edib.
Qeyd edək ki, “Team 313”, “313 Team Hack Team” və ya “İslam Kibermüqaviməti” kimi adlarla tanınan bu qruplaşmanın İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olduğu ehtimal edilir. Qruplaşmanın simvolik adı 1969-cu ildə Naci əl-Əli tərəfindən yaradılmış fələstinli siyasi karikatura personajına istinad edir, qruplaşmanın özü isə ilk dəfə 2023-cü ilin dekabrında, Qəzzadakı münaqişənin başlamasından qısa müddət sonra müşahidə edilib.
“HawkEye”ın sənədləşdirilmiş əvvəlki hücumlar kataloqunda 2025-ci ilin iyununda “Truth Social”a qarşı DDoS kampaniyası, 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanının “Absher” platformasına qarşı uzunmüddətli DDoS kampaniyası, 2026-cı ilin fevralında Küveyt hökumətinin 26 IP-ünvanını hədəf alan əməliyyat və 2026-cı ilin martında Fars körfəzi ölkələrinə qarşı koordinasiyalı kampaniya xatırlanır.
Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bu gün yaydığı məlumata görə, xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş kiberhücum nəticəsində Azərbaycanın bir sıra dövlət orqanlarının internet resurslarının işində fasilələr yaranıb.
“Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib”, - qurumun məlumatında deyilir.
Digər Xəbərlər
14 Oktyabr 2026 18:22
Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01
Məktəbli formasına görə asayişi pozanlar HƏBS EDİLDİLƏR
14 Oktyabr 2026 12:36
Azərbaycanda 800-dən artıq məscid tikilib - Eldar Əzizov
14 Oktyabr 2026 12:27
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu
14 Oktyabr 2026 10:21
“Məktəb heç zaman nə dövlətin, nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz”
14 Oktyabr 2026 09:52


Bakı -°C

