"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir" - İqor Sergeyenko
"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir və Belarus müşahidəçi dövlət kimi qurumun fəaliyyətinin genişləndirilməsinə töhfə verməyə hazırdır”.
Adalet.az xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib, dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb: “Hazırda beynəlxalq münasibətlərdə etimad ciddi çatışmazlığa çevrilib, münaqişə potensialı isə əhəmiyyətli dərəcədə artıb. Müharibələr insan tələfatına, ailələrin parçalanmasına, şəhərlərin dağıdılmasına və məcburi köçkünlüyə səbəb olur. AQEM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün çoxtərəfli yanaşmaların hazırlanmasında mühüm rol oynayır. Belarus müşavirənin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarla fəaliyyətinin əlaqələndirilməsini dəstəkləyir. Bu əməkdaşlıq Avrasiyada vahid logistika marşrutlarının, ticarət imkanlarının, sənaye və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər”.
Sergeyenko Belarusun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq olduğunu vurğulayaraq, çoxqütblü dünya nizamına keçidin alternativinin olmadığını bildirib.
Belarus rəsmisi, həmçinin Avrasiya məkanında müxtəliflik və çoxqütblülük haqqında xartiyanın hazırlanması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, sənəd təhlükəsizliyin bölünməzliyi və dövlətlərin məsuliyyəti prinsiplərini təsbit etməli, iqtisadi əməkdaşlığı və bərabərhüquqlu qərar qəbuletmə mexanizmlərini təşviq etməlidir.
Digər Xəbərlər
12 Noyabr 2026 11:17
Cavanşir Feyziyev: “COP-31 Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
12 Noyabr 2026 11:03
“Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir”
12 Noyabr 2026 10:03
Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri
12 Noyabr 2026 09:13
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım etdi
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02
Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır
11 Noyabr 2026 19:35
Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - VİDEO
11 Noyabr 2026 18:15


Bakı -°C

