adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyul 2021 15:37
15399
GÜNDƏM
A- A+

Türkiyə “şahinləri” Rusiyanın kəşfiyyat təyyarəsinə görə havaya qalxdı - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16-ları transponder qoşmadan Polşa və Rusiya Federasiyası sərhədləri boyunca uçan Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarələrinə görə havaya qalxıb.

“Defenceturk”ün məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi bununla bağlı görüntülər paylaşıb.

Bildirilir ki, hadisə iyulun 20-də baş verib.