SON DƏQİQƏ:

MÜDAFİƏ NAZİRLİYİNİN MENYUSUNA

  34690   |  
Şriftin ölçüsü  

1949-cu il təvəllüdlü, 7 uşaq anası Məmmədova Sənubər Zeynal qızı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasa müraciət edib.

Müraciətdə bildirilir ki, oğlanları I Qarabağ Müharibəsində iştirak edib. 6 nəvəsindən ikisi, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olub və qazi adını qazanıb. Dövlət tərəfindən onlara lazımi qayğı və köməklik göstərilib.

Lakin nəvələrimdən biri, Əliyev Orxan Kamal oğlu Füzuli uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində ağır xəsarət alıb, bədəninin qurşaqdan aşağı hissəsindən qəlpə yaraları alıb, qulağından qan gəlir, 6 dəfə əməliyyat olunub. Hazırda Respublika Travmatalogiya İnstitutunda müalicə alması tövsiyə edilir. Lakin maddi imkansızlıqla bağlı bu xərcləri qarşılaya bilmir.  Əlillik dərəcəsi almaq üçün müvafiq təşkilatlara müraciət etməsinə baxmayaraq, Əliyev Orxan Kamal oğluna əlillik dərəcəsi verilməkdən imtina edilib. Hərbi komissiya onun hərbi xidmətə yararlı olduğunu bildirməsinə baxmayaraq, ona hərbi tibbi arayışın verilməsindən imtina edir. Müvafiq dövlət təşkilatlarının və müdafiə nazirliyinin belə etinasız münasibəti bizi daha çox sarsıdır.

Cənab deputat. Xahiş edirəm, qazi Əliyev Orxan Kamal oğluna əlillik dərəcəsinin verilməsi və sosial müavinat təyin edilməsi üçün bizə öz köməyinizi əsirgəməyəsiniz.

Sənubər Məmmədovanın deputata ünvanlanmış müraciətini rəsmi qaydada müvafiq dövlət qurumlarına göndərməklə yanaşı istərdik ki, aidiyyatı orqanlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Zəfər Qələbəsi çalmış ordunun əsgər və zabitlərinin müraciətlərinə diqqət və qayğı ilə yanaşsın. Qanunvericiliyə uyğun olaraq onların müraciətlərinin qanuni həllini tapmasına çalışsınlar. Vətəndaşa, müharibə iştirakçılarına lazımi qaydada izah verilsə, vətəndaşlar qapılara düşüb ədalət axtarmazlar. İnanırıq ki, Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar da Sənubər Məmmədovanın bu müraciətinə diqqət və qayğı ilə yanaşacaqlar.

 

Rüstəm Hacıyev

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK