SON DƏQİQƏ:

Polis İsmayıllıda əməliyyat keçirdi: saxlanılanlar var

  73382   |  
Şriftin ölçüsü  

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir sıra əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini Elman Dadaşov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Cavanşir Süleymanov və Vüsal Heydərov saxlanılıb. V.Heydərovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən narkotik tərkibli çətənə bitkisi və 283 qram qurudulmuş marixuana, C.Süleymanovun həyətyanı sahəsindən 3 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK