Budanov Ukraynanı qarışdıran “Karfagen” əməliyyatından danışdı
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ölkənin Təhlükəsizlik Xidməti (SBU) və Daxili İşlər Nazirliyinin yüksəkvəzifəli əməkdaşlarına qarşı keçirilən “Karfagen” əməliyyatına münasibət bildirib.
Adalet.az xəbər verir ki, Budanov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Qanun hamı üçün eynidir. Vəzifə, rütbə və səlahiyyətlər məsuliyyətdən yayınmaq üçün əsas ola bilməz. Korrupsiya və istənilən cinayətə müvafiq hüquqi qiymət verilməli, təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır”, – deyə o bildirib.
Budanov Ukrayna rəhbərliyinin obyektiv və müstəqil araşdırma, eləcə də ədalətli qərarlar gözlədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 4-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) qanunsuz fəaliyyət göstərən “Call Center”lərə himayədarlıq edilməsi və bunun müqabilində rüşvət alınması ilə bağlı genişmiqyaslı əməliyyat keçirib. Ölkə üzrə 70-ə yaxın axtarış aparılıb.
Əməliyyat çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Serhiy Duka saxlanılıb. Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Anton Kravçuk, Dövlətçiliyin Müdafiəsi Departamentinin Baş İdarə “D” strukturunun rəis müavini Oleksandr Kovalçuk və digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukraynanın hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirib. Həmin tədbirlər zamanı Kiyevdə vətəndaşların bank kartlarından pul oğurlayan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyət göstərdiyi “Call Center”lər aşkarlanıb və çoxsaylı şəxslər ifşa olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə son əməliyyatla bağlı hələlik açıqlama verməyib.
Digər Xəbərlər
05 Noyabr 2026 20:47
Xamenei Putinə mesaj göndərib
05 Noyabr 2026 18:49
İrandan TRİPP-lə bağlı Ermənistana xəbərdarlıq
05 Noyabr 2026 13:34
Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
05 Noyabr 2026 10:39
Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq
05 Noyabr 2026 09:10
"Demokratlar Trampı uğursuzluğa düçar edə bilməyəcəklər!" - Ağ Ev
05 Noyabr 2026 08:13
Atasını satıb həbsdən çıxdı
05 Noyabr 2026 07:45
Kozinoğlunun ölümü ilə bağlı hesabat açıqlandı - Detallar
05 Noyabr 2026 07:44


Bakı -°C

