adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyun 2021 16:24
22395
ANALİZ
A- A+

Azərbaycan və BƏƏ arasında kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Adalet.az-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, eləcə də yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər