SON DƏQİQƏ:

BİR ÜRƏYİN DƏRD YÜKÜ- Səadət Sultan yazır...

  27811   |  
Şriftin ölçüsü  

Ürəyin dərd yükü barədə həmişə düşünmüşəm. Hər insanın ürəyi yumruğu boyda olsa da ondakı işlək qabiliyyətə, gücə, qüdrətə heyran qalıram. Daimi mühərrikdə olan ürəyə bir bax! Elə əsl möcüzə də bundadır...

Qaynaqlardan bəlli olur ki, insanın ürəyi hər dəqiqəyə 60-80 dəfə vurur və aortaya 45 litr qan ötürür, bir gündə nəbzin sayı 100 min dəfəyə çatır və 7 min litr qan ötürür. İnsanın ürəyi il ərzində 36 milyon 800 min dəfə döyünür.

O da hesablanıb ki, ürək ömür boyu aortaya neçə min ton qan vurur. Bizi düşündürən isə ürəyin fizioloji quruluşu, funksiyası, işlək qabiliyyəti deyil. Ürəyin (qəlbin) mənəvi tərəfindən çox danışmaq olar.

Ay ürək, mən bilmirəm ki, sən dünyanın insana yüklənmiş dərd yükünü: hiss və həyəcanlarını, ağrı-acılarını, sevincini, qəmini, kədərini necə götürürsən, bu gəlha-gəllərə, iztirablara necə dözürsən?!

Yəqin ürək biz düşünən kimi deyil. Böyük Yaradan ona elə bir güc, qüdrət, əzəmət vermişdir ki, sirrini ancaq O bilir. İnsan beyninin çox hissəsi ehtiyatda qalıb, yalnız cüzi yarımkürəsi işləyir. Deməli, onun əzəməti, qüdrəti, gücünün böyüklüyü hələ kəşf olunmayıb.

Ürək barədə düşünərkən bir yazıçının əsərinin (portret, yoxsa roman) adı yadıma düşür: “Ürək yaman şeydir”. Həqiqətən də belədir. Ürəyin çəkdiyi dərd yükünü, iztirabları yalnız onun sahibi çəkə bilir.

Onunla təmas qurmaq istəyənlərin hamısı onu fizioloji yaxınlığa (həzz və iztirab) görə istəyirlər. Daha bilmirlər ki, insan insandır, ona heyvani münasibət bəsləyənlər isə elə heyvan bildiyimizdir.

Onlar özlərini Məşədi İbad demiş, obrazavonski hesab edirlər. Di gəl ki, Onun nəzərində səviyyəsiz geri zəkalılardırlar. Çünki onu bürüyən dərdlərə, çəkdiyi iztirablara biganə olan adamlardı. Adamdan soruşarlar: dərdin-sərin nədir, var, ya yox? Bəzən Onun evində yeməyə ərzaq olmur, O isə mətanətlə dözür, ürəyinin nələr çəkdiyni Allahdan başqa bilən yoxdur... Necə ki, Yaqub Peyğəmbər onu imtahan edən Yaradanın sınağına dözür. Dözür ki, ləyaqəti, mənliyi itməsin, namusuna ləkə düşməsin, əllərdə oyuncağa dönməsin...

Yadıma Xocalının didərgin sakinləri düşür: onlar qarlı qışın şaxtasında öz namusunu qorumaq üçün özlərini qayadan atıblar. Onlar da şəhidlərə bərabərdirlər, qəhrəmandırlar.

O isə özünü qayadan atıb intihar etmək fikrində deyil. O insanda ən vacib keyfiyyətin ləkəsiz namus olduğunu bilir.

Kaş ona göz dikən yaramazlar da biləydilər...

Kaş onlar qadın namusunun nə olduğunu, ürəyin nə çəkdiyini biləydilər...

Kaş...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK