adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyun 2021 14:37
17880
ANALİZ
A- A+

ADRA 458 reklam qurğusunda peyvəndlənmə ilə bağlı sosial reklamların yayımını təmin edib (FOTO)

“COVID-19” pandemiyasından əvvəl yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən biri vaksinasiyadır.

İnsanların diqqətini bu vacib məsələyə yönəltmək üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) aidiyyatı mövzuda indiyədək ümumilikdə açıq məkandakı 458 reklam qurğusunda sosial reklamların yayımını təmin edib. Bu reklamlar əsasən insanların sıx olduğu ərazilərdəki monitor, bilbord, roller, köşklər və digər reklam daşıyıcılarında yayımlanır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə həyata keçirdiyi vaksinasiya üçün təbliğat kampaniyasına görə nəzərdə tutulan açıq məkan reklamlarında əsas mesaj ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki – darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Peyvəndlənməni təbliğ edən sosial reklamların açıq məkanda yayımı hazırda da davam etdirilir.

Digər Xəbərlər