adalet.az header logo
  • Bakı 20°C
13 Iyun 2021 21:40
19401
İDMAN
A- A+

AVRO-2020: Avstriya Şimali Makedoniyanı məğlub etdi

Avstriya millisi 2020-ci il Avropa çempionatının qrup mərhələsinin ilk turunun matçında Şimali Makedoniya komandasını məğlub etdi.

Adalet.az xəbər verir ki, oyun 3:1 hesabı ilə sona çatıb.

Buxarestdə baş tutan oyunda qolları Avstriya tərəfindən 18-ci dəqiqədə Ştefan Layner, 78-ci dəqiqədə Mixael Qreqoriç və 89-cu dəqiqədə Marko Arnautoviç, şimalı Makedoniya tərəfindən isə 28-ci dəqiqədə Qoran Pandev açıblar.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək.