SON DƏQİQƏ:

"Qarğa dili bilirsənsə..." - MÜSAHİBƏ

  76682   |  
Şriftin ölçüsü  

Qarğa ilə müsahibəmin maraqlı ola biləcəyini düşünüərək sizlərə bölüşürəm.

Səhər tezdən bir görüşdən qayıdırdım, parkda bu qarğa ilə rastlaşdım. Fikirli - fikirli dayanmışdı, dünyadan yorulmuş kimi bir halı vardı. Dayanıb xeyli tamaşa etdim. Sonra düşündüm ki, bu qarğa ilə bir az söhbətləşim və aramızda belə bir dialoq oldu:

- Qarğa, birazca söhbətləşəkmi?

- Qarğa dili bilirsənsə, edək.

- Uşaq vaxtı bir - birimizlə arada qəribə sözlərlə danışardıq, adını da “Qarğa dili” qoymuşduq, o dili bilirəm.

- Yaxşı, söhbət edək, birtəhər anlaşmağa çalışarıq.

- Qarğa, olar şəkilini də, söhbətimizin videosunu da çəkim?

- Sən qarğa dilində başqa ləhcədə danışırsan, hardan gəlmisən?

- Azərbaycandan.

- (Acı-acı gülərək) Sənin məmləkətində adamların yataq otağına gizlicə kamera qoyur, yataq səhnlərini çəkib videosunu paylaşırlar. İndi sən məni dolamısan ki, məndən icazə istəyirsən?

- (Utanaraq) Bunu hamı etmir...

- Çək, problem deyil.

Xeyli söhbət etdik, söhbətimizin də çox az hissəsini videoya çəkdim. Dünya görmüş qarğasan dedim, deyəsən artıq qocalmısan deyincə, gülərək “Hə, siz insanların dediyinə inansaq artıq 280 yaşıma az qalıb” – dedi və bərkdən güldü.

- Qoca qarğa, bizim şairlərimizdən biri, M.Ə. Sabir şeirlərinin birində, “Qarğa və tülkü” də sizdən bəhs edib. Həqiqətən qarğa ilə tülkünün belə bir əhvalatı olub? Siz qarğalar buna nə deyirsiniz? Bu şeirdən nəticə çıxartmısınız? – soruşdum və başladım şeiri deməyə:

Pendir agzında bir qara qarğa

Uçaraq qondu bir uca budağa...

Qarğa sözümü kəsərək dedi:

- Dayan görək, mən Krılovun bizdən bəhs edən təmsilini bilirəm. Sabirə gəlincə, onu harda tanıtmısınız ki, biz də tanıyaq. İşiniz gücünüz boş reklamçılıqdır... Amma mən babamdan Sabir haqqında eşitmişəm, babam bir vaxtlar sizin ölkənizdə də olub. Qaldı ki, o şair sizlərə o qədər şeirlər, əsərlər həsr edib, Siz nəticə çıxartmısınız ki, biz də bizə yazılmış bir təmsildən nəticə çıxardaq? Nəticə çıxardıb-çıxartmaqğımı bilmək istəyirsənsə hələ bir mənə yaltaqlan, gör sənə məndə olan nəyisə verərəm?

- Yox, qarğa, yalataqlıq mənlik deyil...

Beləcə xeyli söhbət etdik. Sonda soruşdum:

- Qarğa, biz insanlara görə, sənin də dediyin kimi, 300 il yaşayırsınız, sən də yarı-zarafat, yarı ciddi 280 yaşın olduğunu dedin. Bu dünyada ədalət gördünmü?

- Görmədim.

Mən təkrar:

- Heç görmədin? – deyə soruşunca, qarğa hirslə:

- Görmədim – dedi və danışığına son qoydu (bu nidanı videoda görə bilərsiniz).

Aralanıb gemtək istəyəndə qarğa arxadan:

- Bura bax, mən sənin düşündüyün qədər də qoca deyiləm. Əksinə, hələ çox gəncəm - dedi.

- Bunu nə üçün dedin, nə demək istəyirsən?

- İstədim ki, ədalətlə bağlı ümidsizliyə qapılmayasan...

Vüqar Abbasov

Niderland

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK