adalet.az header logo
  • Bakı 16°C
17 May 2021 16:16
26111
MƏMLƏKƏT
A- A+

DİN-dən azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndadşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az -a verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.