SON DƏQİQƏ:

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi

  11594   |  
Şriftin ölçüsü  

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddialarına münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiaları əsassızdır, həqiqəti əks etdirmir. Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır.

Atanın iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsədə nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib.

Cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb. Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK