adalet.az header logo
  • Bakı -°C
18 Oktyabr 2026 23:47
66
DÜNYA
A- A+

Bağçada uşaqları qurğuşunla zəhərləyən direktora ömürlük həbs cəzası verildi

Çində uşaq bağçası direktoru uşaqları qurğuşunla zəhərlədiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Adalet.az xəbər verir ki, baş vermiş hadisədə 247 uşaq və 28 işçi xəsarət almışdı.

Uşaq bağçası rəhbərliyi qurğuşun əlavə etməklə yeməyi daha cəlbedici etməyi planlaşdırırmış; aşpazlar qarğıdalı rulonlarını və rəngli mafinləri durulaşdırıblar. Digər yeməklər üçün isə rəhbərlik qida boyası istifadə edib.

Testlərə görə, qidada qurğuşun konsentrasiyası 1340 mq/kq olub ki, bu da icazə verilən maksimum 0,5 mq/kq həddindən 2680 dəfə çoxdur.

Uşaq bağçası direktorundan əlavə, məhkəmə icraçı direktoru və dörd aşpazı həbs cəzasına məhkum edib. Onlar 6 ildən 15 ilə qədər həbs cəzası alıblar.