adalet.az header logo
  • Bakı 16°C
17 May 2021 12:29
20439
MƏMLƏKƏT
A- A+

Bu gündən Naxçıvanda təlimlər başlayır

Bu gündən başlayaraq 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Adalet.az xəbər verir ki, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.