adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 11:07
78
HADİSƏ
A- A+

Şəmkirdə usta evdə təmir zamanı öldü

Şəmkirdə təmir işləri görən usta yıxılaraq ölüb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Qədimqala kəndində baş verib.

1961-ci il təvəllüdlü kənd sakini Rasət Vaqif oğlu Quliyev həmkəndlisi, 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun evində təmir işləri görərkən pilləkəndən yıxılıb və baş nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən usta orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.