Xalq artisti Zaur Rzayev vəfat edib
Xalq artisti Zaur Rzayev vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.
O, bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Digər Xəbərlər
29 Oktyabr 2026 07:03
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
29 Oktyabr 2026 06:56
“Kürk Mantolu Madonna” film olur
28 Oktyabr 2026 17:54
Yeni işi bəlli oldu
28 Oktyabr 2026 16:53
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
28 Oktyabr 2026 13:08
Luna: "Pulsuz kişi nəyimə gərəkdir?”
28 Oktyabr 2026 12:41
Əməkdar artistin qızı: “Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır”
28 Oktyabr 2026 07:20
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
28 Oktyabr 2026 07:18


Bakı -°C

