adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 11:32
74
MƏDƏNİYYƏT
A- A+

AKTYOR: “Sənətə gətirdiklərimiz indi bizi saymır”

Səmimi Fərhad aktyor sənətinin qazancından danışıb.

Adalet.az xəbər verir ki, o bu sənətin qazancının məişət üçün yetərli olmadığını söyləyib:

“Bu sənətin qazancı o qədər zəifdir ki, şəxsən mənə atam- anam dəstək olmasa yaşamaq olduqca  çətin olar. Mənim və ailəmin bütün qayğılarını atam- anam və uşaqlıq dostum çəkir.  Razıyam ki, bu bir nemətdir ki, heç kəsin belə valideynləri və dostu yoxdur.  Mənim 47  yaşım var. Bəs mən bu sənətdən nə vaxt  pul qazanacam? Elə yaş dövründəyəm ki, mən valideynlərimə  baxmalıyam. Atam ömür boyu  fiziki işlərdə işləyib, zəhmətkeş adam olub. Birinci  Qarabağ savaşında  könüllü döyüşüb. Bir övlad kimi belə zəhmətkeş atanın qayğısına qala bilmirəm. Çünki maddi imkanlarım ona  yetmir.
Çox qəribə bir dövrə gəlib çatmışıq. Əvvəllər ustada böyük hörmət olardı. İndi belə deyil. Dəstək olursan, əlindən tutursan ki, irəli getsin, inkişaf etsin. Ondan sonra da həmin adam dəyişilib olur başqa biri. Sənətə gətirdiklərimiz indi bizi saymır”.

Əntiqə