adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 09:54
76
İDMAN
A- A+

“Liverpul” “Çelsi”ni məğlub edərək 1/4 finala yüksəldi - VİDEO

“Liverpul” futbol klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Çelsi”ni penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Adalet.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Liverpul”un heyətində Kodi Qakpo 43-cü dəqiqədə fərqlənib. “Çelsi”nin yeganə qolunu isə 40-cı dəqiqədə penalti zərbəsindən Morqan Rocers vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan “Liverpul” 6:5 hesabı ilə qalib gəlib.

Mersisayd təmsilçisinin 1/4 final mərhələsindəki rəqibi püşkatmadan sonra müəyyənləşəcək. Daha əvvəl “Mançester Siti”, “Bredford Siti”, “Bornmut”, “Kristal Pelas”, “Sanderlend” və “Arsenal”ı mübarizədən kənarlaşdıran “Flitvud Taun” növbəti mərhələyə yüksəlib. “Everton” – “Nyukasl” matçı oktyabrın 29-da keçiriləcək.

Qeyd edək ki, 1960-cı ildən təşkil olunan İngiltərə Liqa Kubokunda ölkə çempionatının dörd yüksək divizionunda çıxış edən klublar mübarizə aparır. Turnirin rekordçusu 10 dəfə qalib olmuş “Liverpul”dur. Ötən mövsümün qalibi isə “Mançester Siti” olub.