Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - YENİLƏNİB
Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Salyan rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
Salyan rayonunda bıçaqlanan iki nəfərin vəziyyəti ağırdır.
Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.
Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
27 Oktyabr 2026 09:42
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
27 Oktyabr 2026 09:15
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
26 Oktyabr 2026 19:10
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - YENİLƏNİB
26 Oktyabr 2026 10:21
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
26 Oktyabr 2026 09:33
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər tutulub - VİDEO
25 Oktyabr 2026 19:02
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - YENİLƏNİB
25 Oktyabr 2026 17:02
Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
25 Oktyabr 2026 14:34


Bakı -°C

