SON DƏQİQƏ:

“Övladlarımı Ramiz Rövşənin şeirləri ilə yatızdırırdım”- MÜSAHİBƏ

  39484   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz şair Sevil Ülvidir.

-Sevil xanım, ədəbi mühitdə hər hansı bir aktivliyiniz görünmür.

-Bəli, heç bir ədəbi mühitdə fəalliyyətim yoxdur. Uzun müddətdir ədəbiyyatla(şeirlə) məşğul olsam da, lakin indiyə qədər yazdıqlarımın işıqlanması, oxunması üçün heç bir çaba göstərməmişəm. Yalnız son illərdə sosial şəbəkələrdə, bəzi saytlarda yazdıqlarımı paylaşmağa başlamışam. Bir çoxumuza görə başarılı olmaq üçün 40 yaş gec qalmış olaraq görülsə də bu düşüncənin yanlış olduğunu düşünürəm. Bu düşüncənin tam əksini bizə isbatlayan nə qədər tanınmış insanlar oldu. Mənim həyatımda da belə oldu, hər şey 40 yaşdan sonra başladı. Və çalışacam ki, yazdıqlarımla oxucuların sevgisini qazanam.

-Facebookda müşahidə edirəm, sizə olan diqqət elə də pis sayılmaz. Müəyyən sayda oxucularınız var. Amma bu təbii ki, facebookdan o yana getmir.

-Bəli, doğrudur. Əvvəl poeziya evlərində, məktəblərdə şairlər, yazıçılarla görüşlər keçirilər, bu kimi yollarla oxucuyla münasibətlər qurulardı. Axı hər şey dəyişib. İndi həmin nəsnələr sosial şəbəkələr vasitəsilə həyata keçirilir.

 

Siyasi fəaliyyətə başladım, poeziyadan qopdum

-Sumqayıtda ədəbi durum necədir. Heç ora da qaynayıb qarışmırsınız.

-Gənclik illərimdə qızlarla Ə.Kərim adına Poeziya evinə gedərdik. O vaxtlar poeziya evi Sumqayıtda dəniz kənarında yerləşirdi. Şairlərdən İbrahim İlyaslı, Vasif Süleyman, Əli Nəcəfxanlı, Sabir Yusifoğlu, Namiq Dəlidağlı və.s. yazdıqları yeni şeirləri oxuyar biz gənclər də dinləyərdik. Sonralar siyasi fəaliyyətə başladım, demək olar ki, poeziyadan qopdum.

-Bu zamana kimi nə əcəb kitab çıxarmaq haqqında düşünməmisiniz?

-Təbii ki,düşünmüşəm. Mən fərqliliyi çox sevirəm. Çox istərdim ki, çıxaracağım kitab da tam fərqli üslubda, dizaynda olsun. İnşallah, pandemiya bitsin , dünya bu virusdan qurtulsun şeirlərimdən və esselərimdən ibarət kitabımın nəşri planımda var. Həm də çox istərdim ki, çıxaracağım kitabla yalnız 40yaş üstü olan oxucuları deyil, həmçinin gənclərin də marağını, zövqünü oxşaya bilim.

-Keçmişdə jurnalist fəalliyyətiniz olub. Amma ondan da uzaq düşmüsünüz.

-Bəli, iki ilə yaxın "Millət" qəzetində müxbir kimi çalışmışam. Sonra qəzetin yayınlanması müəyyən səbəblərdən dayandı. Mən də həmin ərəfələrdə ailə həyatı qurdum. Övladlarım bir az böyüsün sonra işləyərəm derkən, bir də baxdım illər keçmiş...

-Yanlış edə bilərəm, amma bəzən sizin şeirlərinizdə R.Rövşən havası da hiss edirəm.

-Ola bilsin ki, bənzətmə R.Rövşənə olan sevgimdən irəli gəlir. Bu sevgim o qədər böyük ki, analar övladlarına laylay deyib yatızdırarkən, mən övladlarımı R.Rövşənin şeirləri ilə yatızdırırdım.

-Vətən insanın saçını sığallaya bilərmi? Bu sığal necə olur?

-Xəyal gücü deyək... Bu sığalı yalnız xəyal gücü ilə hiss etmək olar. Vətənə olan sevgi ana-ataya olan sevgimiz qədər təbii və əzəl olmalıdır.

-Kimin hünəri çatar ki, Yatmış Tanrını oyada?! Bəlkə də dualarımız qeyri-səmimidir deyə Tanrı özünü yatmışlığa vurur?

-Təbii ki, Tanrı yatmır. Bu bir təxəyyüldür. Mən şeirlərimdə Tanrı ilə söhbət etməyi sevirəm desək...

Ruhumu göylərə çağıran Tanrı,

Ruhum göylərdədir

bəs Sən hardasan?..

 

Və ya,

 

Kimsəsizəm ,tənhayam

Tanrı yaxşı ki, varsan.

Hərdən bir insan yarat,

Bilim ki, hələ sağsan.

-“Elə sev ki, sağalmaz yara ol ürəyimdə”. Niyə biz sevgini yara, dərd kimi arzulayırıq? Bəlkə bu arzumuzdandır ki, sevgi dərdlərini yaşayırıq. Yəni xoşbəxt sevgidən özümüz -özümüzü məhrum edirik.

-İnsanın bir yeri ağrıyarkən fikri həmin ağrıda olur, unuda bilmir. Sevgini yara, dərd kimi arzulamağımız, bənzətməyimiz də ondandır yəqin. Sevgi mənim üçün ucalıqdır. Sevgi könül dərmanı, ruhun qidası, yaşamaq istəyidir. Sevgi- filosofların aforizmlərində, şairlərin şeirlərində, yazıçıların yazdıqları romanlardakı bəzədilmiş, sevgi dolu cümlələrinin gözəlliyi qədərində gözəldir. Bəzən hətta iki sevən könül qovuşduqdan sonra sevgiləri xəyallardakı qədər gözəl olmur. Hər şeyə rəğmən sevgi sizi çağırırsa, onun arxasınca gedin, yolları nə qədər çətin və əzablı olsa belə.

 

Söhbətləşdi: Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK