SON DƏQİQƏ:

Arzu Rzayev: "Azərbaycanda estrada yoxdur"

  47451   |  
Şriftin ölçüsü  

 "Bizim toylarda utanıb oxumadığımızı indikilər efirdə oxuyurlar"

O, indi sənətə gələnlərin əksəriyyətinin istedadlı yox, maddi cəhətdən imkanlı olduğunu söyləyir. Deyir ki, bu gün şou-biznes aləminə gəlib ucuz populyarlıq qazanmaq çox asandır. Ancaq elə istedadlar var ki, maddi imkansızlıq ucundan ortaya çıxa bilmirlər. Əvvəllər isə sənətə, istedada qiymət verilirdi. Bu fikirlər istedadlı müğənni Arzu Rzayevə məxsusdur.
Müğənnini gənclərimizin ifası qane etməsə də, hamısına gələcəkdə "yaxşı sənətçi" olmağı arzulayır. Deyir ki, "onlardan bizim yolumuzu davam etdirə biləcək heç olmasa, bircə nəfər yetişsin".
Arzu Rzayevin maraqlı fikirləri çoxdur. Bu müsahibədə onlardan bəziləri ilə tanış olduq. Əgər sizə də maraqlıdırsa, söhbətimizin ardına qulaq asın.  

- Arzu müəllim, bu günkü gənc müğənnilər sizi qane edirmi, onların gələcəyini necə görürsünüz? Sizə elə gəlmirmi ki, indi onlara çox sərbəstlik verilib?
- İndiki zamanda hər şey maddi imkanlara bağlıdır. İndi sənətə, şou-biznes aləminə gəlmək çox rahatdır. Rul olan yerdə hər şey etmək mümkündür. Amma necə deyərlər, "hər oxuyan Mola Rənah olmaz". İndi sənətə gələnlərin bəziləri sənətə qazanc mənbəyi kimi baxırlar. Düzdür, biz professional sənətçilər də sənətə qazanc mənbəyi kimi baxırıq. Ancaq bizim üçün ilk növbədə sənətdir, sonra qazanc. Çünki biz artıq sənət məktəbini keçmişik. Bizim də sənətdə çətinliklərimiz olub. Mən ötən əsrin 80-ci illərində sənətə gəlmişəm. Onda hər şey başqa cür idi. Bir telekanal, bir də radio var idi. Hər şey də pulsuz idi. İndi  görürəm ki, bəzi verilişlər, yığıncaqlar var ki, sənətçi oradan bir şey almaq əvəzinə, sənətçidən pul istəyirlər. Yəni "bu qədər ver, sonra gəl, mahnı oxu". Mənə elə gəlir ki, bu da koppursiyanın bir növüdür. Altdan-altdan xəlvəti işlər görürlər. Mən başa düşürəm ki, indiki dövrdə bütün idarələr özəldir. Hər yerdə "Hərə özünü dolandırsın" sistemi işləyir. Amma mənim üçün bir şey maraqlıdır ki, öz sənətçilərindən pul alıb mahnılarını verirlər, bəs görəsən xarici müğənnilərin mahnılarını da pul alıb verirlər?
Düzdür, mənim siyasətlə aram yoxdur. Ancaq bilirəm ki, hər bir millətin öz milli siyasəti var. Harda olursa olsun, əvvəl öz millətinə qiymət vermək lazımdır...
Qaldı ki, sualın cavabına, qeyd etdiyim kimi, hər oxuyan Molla Pənah olmaz. Bu komrüter proqramı deyil, hər kəsin öz dünyagörüşü var. Bir mahnını əlli adam oxuya bilər, həmin mahnı əlli cür alınar. Bilirsiniz, hər kəs nəyi necə qavrayırsa, elə də üzə çıxarır. Mən istəyirəm ki, bizim gənclərimiz kəmiyyətlə deyil, keyfiyyətlə fərqlənsinlər. Məsələn, bizim görkəmli sənətkarımız Rəşid Behbudov öz sənətində əvəzolunmaz idi. Lakin bilmirdi ki, ulduzluq nə olan şeydir. Ondan yaxşı insan da ola bilər, pis insan da, ancaq onu əvəz edə bilən insan heç vaxt ola bilməz.
Hər musiqinin öz dinləyicisi var. Güman edirəm ki, bir neçə il keçəndən sonra indiki gənclərimizdən, özləri dedikləri kimi, "ulduz" olacaq. İndi özlərini "ulduz adlandırırlar, qoy adlandırsınlar. Təki gələcəkdə sənətlərini qavrayıb yaxşı, tanınmış, kamil sənətçilər olsunlar. Nizami demişkən, kamil palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Bu misralar bizim gənclərimizə aiddir. Gərək yaxşı-yaxşı öyrənib sonra üzə çıxsınlar. Bir də insan nə qədər yaşayırsa, bir o qədər öyrənməlidir. Yəni 100 il yaşa, 100 il öyrən.
- Sizi 80-ci illərin sənətçisi hesab edirlər. O zaman imkanlar necəydi? Sənətə gəlmək üçün sizə də indiki kimi imkanlar verilirdimi?
- Onda hər şey istedada bağlı idi. Pula bağlı deyildi. Bir telekanal var idi, hər adamı da ora buraxmırdılar. Orada pul təklif edən adamı elə qovardılar ki, efir üzünə həsrət qalardı. Həmin vaxtlar Bədii Şura var idi. Özbaşınalıq hökm sürmürdü. Kim ki, sənətə gəlmək istəyirdi, bədii şurada ona qulaq asırdılar. Əgər bəyənilsəydi, mahnı qəbul olunurdu. Bəyənilməsəydi, daha o adamdan müğənni olmazdı. Mənim dövrümdə Flora xanım, Mübariz Tağıyev, Tofiq Quliyev Bədii Şuranın üzvləriydi. İndi də Bədii Şuralar yaradılıb, amma yenə də efir zay musiqililər, oxumağı bacarmayan müğənnilərlə doludur. Müğənninin elə bir mahnısı qəbul olunmalıdır ki, o qızıl fondda saxlanılsın. Mənim Qızıl Fondda 50-yə yaxın mahnım var. Siz jurnalistlərin borcudur ki, bizə suallar verəsiniz, biz də lazım olan məsələlərə aydınlıq gətirək. Yoxsa, indiki gənclər bilmirlər ki, Qızıl Fond nədir? Elə bilirlər ki, qızıldan nə isə bir şeydir. Radionun, televiziyanın Qızıl Fondu olur. Respublikanın yaxşı sənətçilərinin mahnıları həmin fondda saxlanılır. Aradan 50-100 il keçəndən sonra həmin mahnılar səsləndirilir və ömür boyu insanların yaddaşında qalırsan. Çox adam bunları bilmir.
Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, hər bir zonanın öz ləhcəsi var. Sənətə gəlmək istəyən adam çalışmalıdır ki, mahnı oxuyanda ləhcəsini az müddətə də olsa, yaddan çıxartsın. Gənclərimiz çalışmalıdırlar ki, mahnını ədəbi dildə oxusunlar. Meyxananı ədəbi dildə oxusan, gülməli alınar. Amma mahnılar ədəbi dildə oxunmalıdır. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın…
- Heçə illərdir ki, sənətdəsiniz. Hə qazandırıb bu sənət sizə?
- Mənə ad vermədilər. Allah hamının canını sağ eləsin. Əsas ad vermək deyil, əsas sənətçiyə qarşı diqqətli olmaqdır. Bu sual həmişə məni maraqlandırır -sənət mənə nə qazandırıb? İstədiyimiz yerə gedə bilirik. Yəni bütün qapılar üzümüzə açıqdır. Məni tanıyırlar. Mənim pərəstişkarlarım hər yerdə var. Mən bütün pərəstişkarlarıma minnətdarlıq edirəm. Çünki onlar məni sevirlər.
Bir də, mənim elə bir xasiyyətim var ki, gedib qapı döyməyi xoşlamıram. Əgər qapı açıqdırsa, girirəm içəri, bağlıdırsa, aralıdan ötüb keçirəm. Amma elə sənətçilərimiz var ki, qapıdan qovursan, pəncərədən girir. İndi də bilirsiz ki, pandemiyadır. Bir ildən çoxdur ki, toy yox, məclis yox, qastrol yox, konsert yox... Bu günləri heç əvvəldən düşünmədik.

- Bəs bu müddət ərzində necə dolanırsız?
- Uşaqlar böyüyüblər, Allah bütün balaları saxlasın, işləyirlər, sağ olsunlar birtəhər dolanırıq...
- Müğənnilərin bəziləri xaricə üz tutub, orda iş qurublar. Siz də məşhur şanson musiqilərin ifaçısı kimi illər əvvəl tez-tez Rusiyaya, İsrailə gedirdiz. İndi nə əcəb getmirsiz?
- Mən pandemiya başlayandan bağdayam, heç yerə çıxmıram. Koronavirusu çıxaranın başına Allah daş salsın. Bir yerə çıxmağa adam qorxur.   

- Arzu müəllim deyirlər yaman dalaşqansız…
- Mən orta məktəbdə oxuyanda çox dalaşqan idim. Mənə “ Ayı balası” deyirdilər. Bilirsiniz də, ayının özünəməxsus xüsusiyyətləri var. Bir xüsusiyyəti də var ki, ona toxunmasan, sənə heç bir şey etməyəcək. Ancaq toxunsan, dünyanı dağıdar. “Ayı balası” “Əjdaha”ya bərabərdi. Məktəbdə hansı dava olurdu, mən orda görünürdümsə, səs-küy yatırdı. Müğənnilik, məşhurluq insanı bəzi “vərdiş”lərini tərgitməyə məcbur edir.
- Bu gün sənətdən, musiqidən həzz ala bilirsinizmi?
- Bir ara muğama qiymət vermirdilər. Sonradan Habil müəllim bir qədər gileyləndi sənətçilərdən və bu gileylərdən sonra muğama da bir qədər qiymət verildi. Muğamlardan həzz ala bilirəm, ələlxüsus da Ağaxan müəllimin ifasında.
Estradaya gəldikdə isə, mənə elə gəlir ki, bu gün Azərbaycanda estrada yoxdur. Bu günkü gənclərimizin oxuduqlarını estrada adlandırmazdım. Çünki hər şeyin sərhədi var. 80-ci illərdə biz toyu konsert kimi oxuyurduq. Artıq hərəkətlər etmək olmazdı. Əvvəllər toylarda utandığımızdan oxumadıqlarımızı indikilər bir az ora burasını düzəldib efirdə oxuyurlar. Hərdən fikirləşirəm ki, adam gedə mahnının orijinalını ala, qoymaya kimsə oxuya.
- Bir dinləyici kimi özünüzü kənardan müşahidə edəndə sənətinizdən razı qalırsınızmı?
- İstər sənətçi, istərsə də kim olursa olsun, özündən razı qaldısa, elə həmin gün sənəti atsın. Çünki daha artım olmayacaq. Mən özümdən də, sənətimdən də razı deyiləm. Hələ nə etmişəm ki?!
- Həyatda addımbaşı rast gəldiyiniz dəyişikliklərə münasibətiniz necədir?
- Sözsüz, həyatda hər şey dəyişir. Həyat su kimi axır gedir. Məsələn, insan var ki, bu gün sənə qardaş deyir, sabah salam vermir. Deyirlər hər şey zamanla bağlıdır. Yox, bu belə deyil. Mən bu fikirlərlə razılaşmıram. Hər şey insanın əhatəsindən asılıdır. İnsan necə mühitə düşürsə, o cür davranış qaydasına malik olur. Ətrafında baş verən hadisələr, uğursuzluqlar insanı sarsıtmamalıdır. İnsan həmişə hamıya qarşı diqqətli, mehriban olmalıdır. Baş verən hadisələrə mənfi reaksiya verən insanlar aciz insanlardır. Deyirlər, ümid sonda ölür. İnsan ümidlə yaşayır. İnsan desə ki, "mən artıq bütün problemlərimi həll etmişəm, hər şeyə çatmışam", artıq həmin adamın yaşamağının mənası yoxdur. Əlbəttə ki, mən elə fikirləşmirəm. Mənim hələ çox işlərim qalıb. Sabaha inamım çoxdur. Bizim sənətlə bağlı olan insanlar hərdəmxəyal olurlar. Bu, həqiqətən də belədir. Hava günlü olmayanda, yəni Günəş görünməyəndə ürəyim darıxır. Amma yenə də hər şeyin yaxşı olacağına inanıram. Geriyə boylananda keçən illərçün təəssüflənirəm. Bilirsiniz hansı illər üçün? Hardasa 40 il bundan əvvəl üçün. Nələr vardı o günlərdə?! İndi isə hər şey adiləşib, mənasızlaşıb. Axı insan indi hər şeyi əldə edə bilir. Nə bilim, vallah, oturub fikirləşəndə insanın ürəyi darıxır. O günlərə qayıtmaq istəyirəm.
 
 İltifat HACIXANOĞLU
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK