SON DƏQİQƏ:

Ramiz Rövşənin trolları - Orxan Saffari yazır

  64837   |  
Şriftin ölçüsü  

"Bir mövzuda iki şair şeir yazar, birinə medal verərlər, birini edam edərlər." Bunu dissident xalq şairiniz deyib.

Ramiz Rövşən göründüyü kimi edam olmadı, medallandı.

"Mən xalq şairi adını istəmirəm, qəbul etmirəm" - bunu da məlum şəxs deyib və hazırda xalq şairidir.

Varmı başqa sözü olan?

Əslində, təkcə elə bu sözümdən sonra söhbət bitməlidir. Amma ədəbi həyadan, abırdan uzaq "yazarların" bunu anlaması üçün deyəsən, əməlli bir zaman lazımdır.

Yəqin ki, hamınız trolun nə olduğunu bilirsiniz. Ağlınıza pis şey gəlməsin, mən indi o siz bildiyiniz trolu demirəm, indi dediyim trollar səmimi, pulsuz trollardır.  Yəni, Ramiz Rövşən trolluq üçün ona pul ödəmir, amma məsələn, Ulucay Akif kimi mənasız cızma-qaraçı quruca ad üçün çalışan trol özünü şəhid edir. Bəli, ad üçün. Ramiz Rövşən adını çəkib deyə, hardasa çəksin deyə. Düz bildiniz, həyatda bu cür bədbəxt insanlar da olur. Ulucay Akif belə adamdır, çalışın, onun kimi olmayın.

Görəsən, bir insan nə qədər mənasız, natamam bir adam olmalıdır ki, bu cür yarınmağa çalışsın, publika aşiqi olsun? Ən azı Ulucay Akif qədər. Onun timsalında digər gənclər kimi. İstisnasız şəkildə. Kimliyindən asılı olmayaraq.

Olmasın Ulucay, olsun AYB "varatarı" gənc Nadir Rzalılar.

İllərdir ki, Allah qoymasa, müxtəlif yazarlar müasir bir ədəbiyyat üçün çalışdı, dedik, modern olaq, dedik, bütləri qıraq, amma ortada yağışdan sonra çıxan göbələk kimilər, yəni, Ulucay fəsillilər qaldılar köhnə estetikanın umuduna.

Guya gənc nəsil fərqli gəlirdi, Allah qoymasa, yenilik edəcəkdilər. Sonda nə oldu? Bu deee, onlar da gedib yıxıldılar "qalstuklıların" yanına. Hamısı oldu qorxaq, bədbəxt adamlar.

Ramiz Rövşən haqqında dibinəcən haqqlı olduğum yazı yazmışam. Demişəm, bu adam xalq şairi deyil, dissident heç deyil. Dissident xalq şairi ola bilməz. Amma yarınmaq canlarına o qədər hopub ki, özlərini əməlli korluğa vurublar. Mənim o boyda əsaslı yazıma inşa səviyyəsində cavab verən Ulucay Akifə başqa bir irad bildirməyəcəm. Nə də Nadir Rzalıya. Heç Ramiz Rövşən yaradıcılığana da əsaslı bir şey deməyəcəm. Çünki mənasızdır. Əvvəlki yazıda da dediyim kimi.

Adamlar yazdığım məsələni görmək istəmir, daha doğrusu, görür, amma cavab verməyə cəsarətləri çatmır. Ona görə də nala-mıxa vurub söhbəti sapdırırlar.  Məsələn, mən deyirəm, Ramiz Rövşən susqun şairdir, bu deyir, filan şair də susub. Adama çatmır ki, adını çəkdiyi digər şairlər Ramiz Rövşən kimi siyasi proseslərdə olmayıb, meydana çıxmayıb, İsa Qəmbərin, Elçibəyin yanında durmayıb. Çatmır, vallah.  Beyninə işləyən qan dövran eləmir ki, bu kiçik həqiqəti dərk eləsin. Çünki içində həqiqi ədəbiyyat sevgisi də yoxdur. Çünki onun bütün cəhdləri yarınmağa hesablanıb, onun bütün cəhdləri yarınmaq üçündür.


Olar, yazı yazarsan, kimsə bəyənməyə də bilər, amma bunu gərək əxlaqlı şəkildə şərh edəsən. Odur ki, mən Ulucaya və onun timsalında olan digər gənclərə də məsləhət görərdim ki, o "kastyumlu" kişilərin gözünə girməkdən əl çəksinlər. Onlar bir gün olmayacaq, onlar sizi ortada qoyacaq, onlar sizdən istifadə edir. Ayılın, bədbəxtlər, ayılın. Sizlərə deyə biləcəyim ən yaxşı cavab odur ki, mən ən azından təmiz qalmışam, yarınmamışam sizlər kimi. Sizin bəyənmədiyiniz leksikonda danışsam da, yazsam da, sizlər kimi mənasız olmasam da, hər nə olsa da, bir sözlə, təmizəm ki, təmiz. Paklanın, aydınlanın, ey kirli gənclər, ey ruhu xarablar.

Sizlərə ədəbi xarakter arzu edirəm.  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK